WOW
WOW

Aisel anasının vəfatından sonra səhnəyə çıxmasından yazdı

Aisel anasının vəfatından sonra səhnəyə çıxmasından yazdı

Müğənni Aysel Məmmədova (Aisel) anasının vəfatından sonra səhnəyə çıxmasından söz açıb.

OLAY yazır ki, ötən günlərdə anasını itirən sənətçi Nəsimi festivalında iştirak etmişdi. O, dünən bununla bağlı sosial media hesabında paylaşım edib: 

“Son günlər həyatımda ağır hadisələr baş versə də, səhnəyə çıxmaq məcburiyyətində qaldım. Bu çox çətin idi, amma eyni zamanda mənə bir daha göstərdi ki, sənət adamı üçün peşəkarlıq nə qədər vacibdir. Layihə möhtəşəm alındı və insanlarda dərin təəssürat yaratdı”.

Aisel eyni zamanda bu günlərdə yanında olub ona dəstək olan dostlarına da təşəkkür edib.

Qeyd edək ki, sənətçi anasının vəfatından bir gün sonra məcburən səhnəyə çıxmışdı.