Müğənni Ebru Gündeş həyat yoldaşı Murat Özdemirlə ayrılıq qərarı aldığını açıqlayıb.
OLAY yazır ki, bu barədə Ebru özü məlumat yayıb.
Ebru paylaşdığı açıqlamada bunları qeyd edib:
“Böyük bir sevgi ilə qısa müddətdə qurduğumuz evliliyimizdə, zaman keçdikcə yaşadığımız fikir ayrılıqları səbəbilə təəssüf ki, ayrılmaq qərarı vermişik. Evliliyimiz sona çatsa da, bir-birimizə olan hörmətimiz və dostluğumuz davam edəcək. Bu müddət ərzində yanımızda olan və həssaslıq göstərən hər kəsə indidən sonsuz təşəkkür edirəm”.
Qeyd edək ki, bu, Ebrunun 4-cü evliliyidir.