Olay
Olay

“Anam, xanımım və qızım 19 yaşında ərə gedib” - Sabiq nazir

“Anam, xanımım və qızım 19 yaşında ərə gedib” - Sabiq nazir

“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva yeni mövsümdə efirə qayıdıb. 

OLAY yazır ki, iş xanımının RTV-də yayımlanan “Qaranlıqda həqiqətən” layihəsinin bu sezon üçün ilk buraxılışı təqdim olunub. R. Əliyevanın ilk qonağı sabiq xarici işlər naziri Həsən Həsənov olub. H. Həsənov ailə dəyərlərindən söz açarkən şəxsi həyatından da danışıb:

“Ailə dəyəri geniş məhfumdur, sadə deyil. Burada söhbət şəxslərin xasiyyətindən, özlərində olan dəyərlər sistemindən gedir. O övlad və ailə amilini dərk etməlidir. Biz xanımımla 61 ildir evliyik. Müxtəlif dövrlər olub, bunların çoxunda vəzifədə olmuşam. Onda da həyatım çox rahat deyildi. Psixoloji yük çox olub, bunu xanımım mənimlə şərikli yaşayıb. Avropada 30 yaşdan tez evlənmək söhbəti getmir. Mənim anam da, xanımım da, qızım da 19 yaşında ərə gedib”.