WOW
WOW

Ukrayna Təhlükəsizlik Xidməti Timatini axtarışa verib

Ukrayna Təhlükəsizlik Xidməti Timatini axtarışa verib

Rus reper Timati (əsl adı — Timur Yunusov) bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) onu “klubda axtara bilər”. 

OLAY yazır ki, bu barədə açıqlamanı o, özünün Instagram səhifəsində yayıb.

Timati “Əgər sənə lazımsansa, məni klubda axtar”, - deyə, SBU-nun “Biz Timatini axtarırıq!” sözlərinə qarşılıq olaraq yazıb.

Musiqiçi həmçinin hesab edib ki, SBU-nun siyahısına düşmək şəxsin miqyasını və təsir gücünü göstərir. Onun sözlərinə görə, bu, istər-istəməz xoş təəssürat yaradır:

“Buna görə də bunu böyük kompliment kimi qəbul edirəm. Təşəkkürlər!”

Sentyabrın 8-də məlum olub ki, Ukrayna Təhlükəsizlik Xidməti Timatini axtarışa verib.

İyunda isə SBU musiqiçiyə Kiyevin nəzarətində olmayan ərazilərə giriş qaydalarını pozduğuna görə qiyabi ittiham irəli sürüb. Ona Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsd ittihamı yönəldilib.

Ukrayna hüquq-mühafizə orqanlarının məlumatına görə, ifaçının adı həmçinin ölkənin milli təhlükəsizliyinə “təhlükə” hesab edilən şəxslərin siyahısını aparan “Mirotvorets” saytının bazasına da daxil edilib.