WOW
WOW

Üç yaşlı qızını hələ də görmək istəmir

Üç yaşlı qızını hələ də görmək istəmir

Məşhur kino aktyoru Ouen Uilsonun keçmiş sevgilisi Varuni Vonqsvireyts 52 yaşlı sənətçinin 2018-ci ildə doğulan qızı Lilaya baxmadığını iddia edib.

OLAY yazır ki, “Daily Mail” qəzetinə danışan qadın qısa zaman öncə qızının 3 yaşının tamam olduğunu bildirib.

O söyləyib ki, 2019-cu ildə aktyora qızını görməsi üçün yalvarıb. Amma Lilanı görmək istəməyib. Varuni Uilsonun qızına maddi yardım etdiyini, ancaq bunun yetərli olmadığını bildirib.

Qeyd edək ki, eks-cütlük 5 il sevgi münasibəti yaşayıb. Ouen sevgilisi hamilə ikən ondan ayrılıb. Aktyor əvvəlcə qızını qəbul etməsə də, DNT analizindən sonra buna məcbur qalıb.

Onu da bildirək ki, öncə münasibətlərindən 10 və 7 yaşlı iki oğlu olan sənətçi onlarla tez-tez görüşür.