Keyt Middlton Londondakı Kral Marsden Xəstəxanasına baş çəkib.

OLAY yazır ki, Uels şahzadəsi vaxtilə özü də burada xərçəng xəstəliyindən müalicə alıb. O, xəstələr və klinikanın əməkdaşları ilə görüşüb, həmçinin üç zirvəyə xeyriyyə məqsədli yürüşü çərçivəsində toplanan vəsaitlərin necə istifadə olunacağını öyrənib.

44 yaşlı Uels şahzadəsi ictimaiyyət qarşısına “Suzannah London” brendinin zümrüd rəngli, bədənə kip oturan libasında çıxıb. O, görünüşünü brilyant sırğalar və “Mappin & Webb” boyunbağısı, həmçinin “Camilla Elphick” brendinin qara laklı, hündürdaban ayaqqabıları ilə tamamlayıb.

Xatırladaq ki, Keyt Middltonun xərçəng xəstəliyinə tutulduğu barədə 2024-cü ildə məlumat yayılıb. Bundan əvvəl o, qarın boşluğundan əməliyyat olunub, daha sonra isə ictimaiyyət qarşısında görünməz olub. Uels şahzadəsinin uzun müddət ictimaiyyət qarşısına çıxmaması çoxsaylı şayiələrə və konspirasiya nəzəriyyələrinə, o cümlədən onun öldüyü barədə iddialara səbəb olub.

Bir il davam edən müalicədən sonra o, xəstəliyinin remissiyaya keçdiyini açıqladı və qısa müddət sonra kral ailəsindəki rəsmi vəzifələrini yerinə yetirməyə yenidən başladı.

Xərçəngdən qurtulduğu yeri ziyarət etdi Xərçəngdən qurtulduğu yeri ziyarət etdi Xərçəngdən qurtulduğu yeri ziyarət etdi Xərçəngdən qurtulduğu yeri ziyarət etdi