Aparıcılar Kazım Sübhan və Zaur Kamal birgə layihə edəcək.
OLAY yazır ki, bu barədə Kazım sosial media hesabında məlumat yayıb.
O bildirib ki, 106.3 FM-də yayımlanacaq “Şou dalğası” adlı yayımda bir araya gələcəklər.
“Yeni mövsümdə həmkarım Zaur Kamal ilə birlikdə şou-biznesin altını üstünə gətirəcəyik! Qalmaqallar, səs-küylü açıqlamalar, sənət söhbətləri və gözlənilməz məqamlarla dolu bir mövsüm sizi gözləyir!”, - deyə, Kazım yazıb.