Aparıcı Zümrüd Bədəlova açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi instaqramda onu qıcıqlandıran sualdan yazıb:
“"Nə əcəb qızınız bloger olmadı "sualı məni qıcıq edir. Birincisi, hər kəs bloger olmalıdır deyə bir anlayış yoxdur. İkincisi, o iş bacarıq, maraq və zaman istəyir. Elə bilirsiz ki, hamıda bu alınır? Bu barədə bir video çəkmişəm, tezliklə paylaşacam. Qızımın ancaq dostlarının görə biləcəyi bir səhifəsi var. Çox çalışdım ki, bu platformalarda aktiv olsun, amma istəmir. Onunla şəkil, video çəkəndə sevindiyimdən uçuram həm də əsəb keçirirəm. Min dəfə baxır, silir, imkan vermir paylaşım. Əlimdə olan iki videonu ard-arda bölüşəcəm”.