Xalq artisti Aygün Kazımova ötən gün məkanlardan birində səhnəyə çıxıb.
OLAY yazır ki, Pop kraliçanı gecədə izləməyə gələnlər arasında dünya ulduzu Alessandro Safina da yer alıb. O, tamaşaçılar arasında oturaraq Kazımovanın ifasını dinləyib.
Sənətçi gecədə geyimi ilə diqqət çəkib. O, ağ və qara dəstdən istifadə edib. A.Kazımovadan əvvəl isə səhnəyə “Qaya” Dövlət Ansamblının rəhbəri Fərid Mailov çıxıb.