WOW
WOW

Cansuyla İbrahimin serialı hazırdır!

Cansuyla İbrahimin serialı hazırdır!

TRT Tabii platformasının yeni mövsüm üçün qlobal təqdimat layihəsi kimi təqdim olunacaq “Binbir gece masalları” serialının çəkilişləri bu həftənin əvvəlində tamamlanıb. 

OLAY yazır ki, bu barədə Birsen Altuntaş məlumat yayıb. Üç mövsüm və 30 bölümdən ibarət olan ekran işinin rejissoru Metin Günay, ssenari müəllifi isə Atilla Engindir.

Gözlənilən layihənin heyəti dünən Bozdağ Film-in Rivadakı studiyalarında afişa çəkilişi üçün kamera qarşısına keçib. Serialın çəkilişləri əsasən saray və digər real məkanlarda aparılıb.

Ekran işində baş rolları Cansu Dere və İbrahim Çelikkol canlandırır. Şehriyar obrazını oynayan İbrahim Çelikkol-un anası Fatma rolunu isə tanınmış aktrisa Nazan Kesal ifa edir. Aktyor heyətində həmçinin Didem Balçın, Özgür Çevik, Sevinç Kıranlı, Osman Alkaş, Erdem Kaynarca, Yaur Öztürk, Selin Türkmen, Nazlı Senem Ünal, Fatih Ayhan, Güneş Hayat, Hakan Vanlı və Şahin Ergüney kimi adlar yer alır.

Serialın 2025-ci ilin oktyabr ayında tamaşaçılara təqdim olunması planlaşdırılır.