Çağatay Ulusoyun baş rolunu canlandırdığı “Eşref Tek” serialının çəkilişləri davam edir.
OLAY yazır ki, layihənin aktyor heyətinə Ümit Çırak da daxil olub.
Son olaraq “Halef: Köklerin Çağrısı” serialında rol alan aktyor yeni layihədə “Oflu Kamil” obrazını canlandıracaq. Dekabr ayında tamaşaçılarla görüşməsi planlaşdırılan serialda “Oflu Kamil” “Derin”in atası, qumar baronu “Tayfun”un (Hüseyin Avni Danyal) masasındakı şəxslərdən biri olacaq.