WOW
WOW

“Otaqda tək oturub hönkür-hönkür ağlayırdım”

“Otaqda tək oturub hönkür-hönkür ağlayırdım”

Aktyor Nicat Rəhimov dostu Azər Baxşəliyevi itirməsindən danışıb.

OLAY yazır ki, bu barədə sənətçi “Pərvizə görə”də açıqlama verib. Nicat deyib ki, Azərin vəfatından sonra səhhətində problem yaranıb:

“Mən dəhşətli dərəcədə çox pis idim. Bir atam rəhmətə gedəndə belə olmuşdum, bir də Azər. “Dost itkisi” sözünü Azərdə hiss etdim. Səhhətimlə bağlı problemlər də oldu, 3-4 gün özümü çox pis hiss edirdim. Otaqda tək oturub hönkür-hönkür ağlayırdım. Azərin ölümü məni yandırdı. Bəlkə də bunu çox göstərə bilmirəm, amma içdən çox pis idim. “Ay Brilliant”, “Bozbash pictures”in ilk filmi idi, orada ssenari elə yazıldı ki, Ağsaqqalın böyrəyini satıb pul əldə etməliyik. O da xəstəliyi ilə üst-üstə düşdü. Düzdür, Allahın əlindədir, belə şeylərə inanmıram. Amma təsadüf idi. İndi səhhətim yaxşıdır, bir az müalicə olundum, özümü yaxşı hiss edirəm. Azər rəhmətə gedən ərəfədə çox pis idim, şəkərim yüksəlmişdi”. 

Nicat deyib ki, Azərin qızı Züleyxa ilə yaxından maraqlanırlar:

“Züleyxaya da öz övladımız kimi baxırıq. Onun özünü tək, atasız hiss etməyə qoymuruq. Dostlarım – İlkin, Elşən sağ olsunlar. Özəl günlərdə onu unutmuruq. Ömrüboyu da yaddan çıxarmayacağıq, çünki dostumuzun, qardaşımızın övladıdır”.