Türk istehsalı “Uzak Şehir” serialının ulduzları Ozan Akbaba və Sinem Ünsal Nyu-Yorkda keçirilən 54-cü Beynəlxalq “Emmy” mükafatlandırma mərasimindən qayıdıblar.

OLAY yazır ki, Türkiyəni beynəlxalq tədbirdə təmsil edən aktyorlar ötən gün İstanbul Hava Limanında görüntüləniblər.

Ozan Akbaba mükafata namizəd olmağın belə böyük uğur olduğunu bildirib: “Mükafata namizəd olmaq belə möhtəşəmdir. Beynəlxalq bir layihənin tərkibində yer almaq qürurvericidir”.

Sinem Ünsal isə Nyu-Yorkda gördükləri maraqdan məmnun qaldığını vurğulayıb: “Bizi o qədər gözəl qarşıladılar ki, çox xoşbəxt olduq”.

Nyu-Yorkdan qayıtdılar Nyu-Yorkdan qayıtdılar