WOW
WOW

11 milyona malikanə aldılar

11 milyona malikanə aldılar

Viktoriya və Devid Bekhemin oğlu Bruklin və onun həyat yoldaşı, aktrisa Nikola Pelts artıq Hollivudda özlərinə məxsus lüks malikanənin sahibləridir. 

OLAY yazır ki, bu barədə The Sun məlumat yayıb. Bildirilir ki, cütlük əvvəllər kirayə qaldıqları evi 11 milyon funt-sterlinqə satın alıblar.

Yeni ev beş yataq otağı, altı vanna otağı, ev kinoteatrı, fitnes zalı və panoramlı hovuzu ilə seçilir. Malikanənin genişliyi və rahatlığı sosial mediada da maraq doğurub.

Lakin şəxsi həyatda vəziyyət bir qədər gərgindir. Məlumata görə, Bruklin və Nikolanın ailə ilə münasibətləri, xüsusilə Viktoriya və Devidlə, hazırda soyuqdur. Cütlüyün Devid Bekhemin yubileyini qeyd etməməsi bu gərginliyi daha da artırıb.

Bundan əlavə, Bruklinin anasına həsr etdiyi “mama’s boy” döyməsini çiynində çiçəklərlə əhatə edərək gizlətməsi də diqqətdən yayınmayıb. Cütlüyün son fotosessiyasında Bruklin yarıçılpaq şəkildə poza verib və həmin döymənin artıq aydın görünmədiyi müşahidə olunub.

Bekhemlər ailəsindəki bu yeni dinamika, xüsusən də ulduz övladının seçimləri və davranışları, həm mətbuatda, həm də ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.