WOW
WOW

Bu il gəlinlərimizi belə görəcəyik

Bu il gəlinlərimizi belə görəcəyik

Bəzən bir mühüm gün üçün uzun müddət geyim və makiyaj haqda düşünürsünüz. Nəyi necə edəcəyinizi planlaşdırırsınız. Hələ də o gün sizin toyunuz olacaqsa, bu məsuliyyət daha da artır. Xüsusilə də makiyaj xanımlarımız üçün çox vacibdir.

Bəs bu il gəlinlərin makiyajında nələr trenddədir?

OLAY sizə 2022-də gəlinlik makiyaj trendlərini təqdim edir.

2022-ci ilin makiyaj trendi olan “təmiz görünüş” toylarda və nikahlarda bizi müşayiət edəcək. Bu görünüşün sirri üzün gözəlliyini və təbiiliyini çox az örtücü, dəriyə qulluq məhsulları ilə vurğulamaqdır.

Gəlin makiyajlarında gördüyümüz kəskin qəhvəyi konturları ənliklər əvəz edir. Əlbəttə ki, 80-ci illərin çox fərqli çəhrayi ənlikləri kimi deyil. Yanaq sümüklərinə çəkilən şaftalı rəng açıq ənliklərlə sağlam və isti görünüş əldə etmək olar.

Nəhayət, göz qapağına tətbiq olunan metal göz kölgəsi görünüşü builki gəlin makiyajında ​​ən çox görəcəyimiz detallardan biridir. Nə qədər parlaq olsa, bir o qədər yaxşıdır. Bu bölmədə rənglər və parlaqlıq üçün “Euphoria” seriyasından ilham ala bilərsiniz. Bütün gecə işıqlar içərisində olacağınızı nəzərə alsaq, əsas budur: “highlighter”lər az tətbiq olunmalıdır. Beləliklə, işıq üzünüzə düşəndə, göz makiyajınız görünüşünüzə mane olmayacaq.