Tanınmış aparıcı Kazım Sübhan şəxsi instaqram hesabında televiziya fəaliyyətinə müvəqqəti fasilə verdiyini bəyan edib. O, bu qərarın şəxsi inkişafı və yeni layihələr üzərində düşünmək məqsədilə verildiyini bildirib:
“Bir müddətdir fəxrlə fəaliyyət göstərdiyim televiziya sahəsinə müvəqqəti fasilə vermə qərarına gəlmişəm. Bu qərar, həm şəxsi inkişafım, həm də yeni layihələr üzərində düşünmək və dəyərləndirmələr aparmaq məqsədilə atılmış bir addımdır”.
Kazım bu müddət ərzində ona göstərilən dəstəyə görə izləyicilərinə və həmkarlarına təşəkkürünü ifadə edib:
“Bu müddət ərzində mənə göstərilən dəstəyə, diqqətə və etimada görə hər birinizə təşəkkür edirəm. İnanıram ki, yenilənmiş ideyalar və enerji ilə yenidən görüşəcəyik.”
Sonda isə o, dəstəyi daim hiss etdiyini və bunun onun üçün böyük motivasiya olduğunu vurğulayıb:
“Hər zaman olduğu kimi, sizlərin dəstəyini hiss etmək mənim üçün böyük motivasiyadır. Görüşənədək!”.