WOW
WOW

Martın ən şanslı üç bürcü

Martın ən şanslı üç bürcü

Hər kəs üçün müsbət ab-hava bağışlayan mart ayı bəzilərinin həyatında əlavə sehrli toxunuşlar edəcək. Bəs hansı bürclər baharı sevinclə qarşılayacaq?

OLAY mart ayının ən şanslı üç bürcünü təqdim edir.

Birincisi, balıq…

Təbii ki, siyahının əvvəlində bu ay ad günü olan balıqlar var. Mart balıqlar üçün yenilənmə ayıdır. Siz ətrafınızdakılara hər cür dəstəyi göstərmisiniz. İndi sizin əliniz tutulmalıdır. Güclü və inamlı addımlarla irəlilədiniz. Mart ayından  maksimum fayda əldə edəcəksiniz.

Bu prosesdə fikrinizin yayınmaması üçün meditasiyaya başlaya bilərsiniz. Məsələn, açıq havada yalın ayaqla torpaqda gəzmək sizə kömək edəcək.  

Dolça...

Martın 5-də Venera və Marsın bürcünüzdə olması sizə xoş xəbərlər gətirəcək. Planetlərin emosional  dəstəyi eşq həyatınıza müsbət təsir göstərəcək. Özünüzü mükəmməl ifadə edəcəksiniz. Çünki bu ay özünüzü azad, xoşbəxt və dinc hiss edəcəksiniz. Bahar sizə bütün gözəllikləri gətirəcək.

Qoçlar…

Güclü, cəsarətli, qətiyyətli və bəzən inadkar qoçlar üçün kəskin xüsusiyyətlərini düzəltməyin vaxtı gəldi!  “Özümü necə hiss edirəm, nə istəyirəm” kimi sualların ön planda olduğu, daxili rahatlıq taptığınız ay olacaq. İç səsinizi dinləyin, planlarınızı buna uyğun formalaşdıranda yol düşündüyünüz qədər çətin görünməyəcək. Cəsarətlə birgə addımlarınız sürətlənəcək və siz özünüzü daha yaxşı hiss edəcəksiniz.