İnfluenser Aynişan Quliyevanın adından dələduzluq edən şəxslər tapılıb.
OLAY yazır ki, bu haqda bloger instaqram səhifəsində məlumat yayıb.
Aynişan bildirib ki, onun adından anası Əməkdar artist Aybəniz Haşımovadan alınan 1200 manat geri qaytarılıb:
“Bu gün çox sevincli bir xəbər aldıq. Mənim adımdan istifadə edərək anamdan pul istəyib oğurlamışdılar. Polis həmin qrup oğruları tapdı və bu gün pulumuz geri qaytarıldı”