İnfluenser Aynişan Quliyevanın adından dələduzluq edilib.
OLAY yazır ki, bu barədə Aynişan özü məlumat yayıb.
O bildirib ki, adından istifadə edərək Teleqram platformasında dostlarından, hətta anası, Əməkdar artist Aybəniz Haşımovadan pul alınıb:
“Teleqramda mənim adımdan istifadə edərək tanışlarımdan, hətta anamdan belə pul alan bir dələduz var! Bu adam mən deyiləm! Zəhmət olmasa, belə bir mesaj alsanız – inanmayın, pul göndərməyin, mütləq mənimlə birbaşa əlaqə saxlayın. Bu insan kimdirsə bizi çox yaxşı tanıyır. Anamın yanında olmadığım anı dəqiq bilir. Milananın daim onun yanında olduğunu da. Və ən önəmlisi anamın bir sözümə inanaraq istənilən məbləği göndərəcəyini də bilir. Hazırda polis bölməsindən yeni çıxmışıq. Rəsmi ərizə ilə müraciət etmişik və həmin şəxs artıq axtarışa verilib. Səni mütləq tapacağıq. Və artıq məsələ pul deyil!”.