WOW
WOW

“Aygün Kazımova kimi sənətim üçün evimi satmazdım”

“Aygün Kazımova kimi sənətim üçün evimi satmazdım”

Müğənni Sevda Yahyayeva RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində qonaq olub.

OLAY yazır ki, sənətçi proqramda bildirib ki, həmkarı Xalq artisti Aygün Kazımova kimi layihəsi üçün heç zaman evini satmaz.

“Aygün Kazımova öz evini satıb layihə edib. Bunu isə hər müğənni etməz. Heç məndə eləməzdim. Səmimi etiraf edirəm ki, eləməzdim. Düzdü, işimi sevirəm amma Aygün Kazımova işinin fədaisidir. Ona görə də o - Aygün Kazımovadır. Hər müğənni onun kimi belə cəsarətli olmazdı – evini satsın və o pulu öz layihəsinə xərcləsin” - deyə, Sevda vurğulayıb.

Yahyayeva vurğulayıb ki, bir mahnını ərsəyə gətirmək çox böyük büdcə tələb edir:

“Bizim işimiz elədir ki, bunun zəmanəti yoxdur. Yəni layihə edəcəksən və o sənə nə qədər qazandıracağını bilmirsən. Mahnı alırsan, oxuyursan və buna külli miqdarda sərmaye gedir. Mahnı seçmək asan deyil. Bəzən olur ki, biz 50-ə yaxın mahnı dinləyib, onların arasında seçim edirik. Bu uzun yoldur və onun necə qarşılanacağı isə bəlli deyil. Bu artıq qismət işidir. Layihəni çıxardırsan, təqdim edirsən, tamaşaçı qiymətləndirir – bunu qəbul edib, sevdim yoxsa yox”.