Amerikalı müğənni Mayli Sayrus və musiqiçi Maks Morando nikah masasına əyləşib.
OLAY yazır ki, ABŞ-nin Kaliforniya ştatının Palm-Sprinqs şəhərində yerləşən şəxsi mülkdə, hovuz kənarında yaxınlarının iştirakı ilə keçirilən sadə və özəl mərasimdə evlilik andı içib.
Qeyd edək ki, Mayli Sayrus və Maks Morandonun münasibəti dostlarının təşəbbüsü ilə başlayıb. Cütlük 2021-ci ildə münasibətlərini ictimaiyyətə açıqlayıb, 2025-ci ildə isə nişanlanıb.