WOW
WOW

Castin Biberin 20 milyon borcu olduğu üzə çıxdı

Castin Biberin 20 milyon borcu olduğu üzə çıxdı

Dünya şöhrətli pop ulduz Castin Biberin komandası sənətçinin böyük borcları ilə bağlı açıqlama yayıb.

OLAY “The Hollywood Reporter” nəşrinə istinadən yazır ki, sənətçinin komandası 2023-cü ildə “Justice” dünya turnesinin ləğvi səbəbindən musiqiçinin böyük borcu olduğunu inkar edən bəyanat yayıb. 

Daha əvvəl Qərb nəşrlərinin yaydığı məlumata görə Castin qastrol səfərini ləğv etdiyinə görə milyonlarla dollar borcu yaranıb. 

Biberin reklamı ilə məşğul olan “THR” şirkəti bildirib ki, pop ulduzunun təxminən 20 milyon dollar borcu yaranıb. 

Lakin yaranan vəziyyətlə bağlı sənətçinin komandası fərqli fikirdədir. 

Müğənninin nümayəndələri bütün bunların keçmiş əməkdaşlarının Castindən qisas almaq məqsədilə uydurma olduğunu iddia ediblər:

“Bu, sadəcə olaraq sensasiyalı başlıqlardır – artıq Castinlə işləmədiklərinə görə məyus olan, adı açıqlanmayan və açıq-aydın məlumatsız mənbələrə əsaslanan cəfəngiyyatdır”.