Məşhur estrada müğənnisi Yaşar Yusub 2026-cı ilə iddialı layihələrlə qədəm qoymağa hazırlaşır.

OLAY yazır ki, mətbuata açıqlama verən sənətçi hazırda yeni fotosessiya üzərində çalışdığını və səhnə üslubunda köklü dəyişikliklər etdiyini deyib.

Müğənninin sözlərinə görə, bu dəfəki layihə əvvəlkilərdən kəskin şəkildə fərqlənəcək.

Estrada ulduzu bildirib ki, planlaşdırılan yeniliklər üçün həm yerli, həm də əcnəbi mütəxəssislərlə əməkdaşlıq ediləcək.

Onun sözlərinə görə, məqsəd tamaşaçılara yüksək səviyyəli, vizual və musiqi baxımından fərqli bir iş təqdim etməkdir.