Səudiyyə Ərəbistanının dünya ulduzlarının iştirak etdiyi əsas tədbirlərdən biri olan “Joy Awards”ın builki mərasimində Burak Özçivitin iştirak etməməsi diqqət çəkib.
OLAY yazır ki, hər il müxtəlif ərəb ölkələrində çoxsaylı tədbirlərə və açılışlara qatılan Burak Özçivit son zamanlar Rusiyaya və Türk Cümhuriyyətlərinə diqqət yetirir.
Pərdə arxasında yayılan söz-söhbət keçən il həyat yoldaşı Fahriye Evcen ilə mərasimə qatılan Özçivitin onlara ayrılan yeri bəyənmədiyini və sosial mediada hadisə ilə bağlı tənqidi paylaşım etdiyini daha sonra onu bir müddət sonra sildiyini deməyə əsas verir.