Türkiyəli aktyor, yumor ustadı Cem Yılmaz 16 milyon 300 mindən artıq izləyici kütləsi “X” (keçmiş “Twitter”) sosial şəbəkə hesabını bağlayıb.
OLAY yazır ki, buna səbəb sözügedən platformada son zamanlar tədbiq edilən qadağalar və ifadə azadlıq haqda qərarlardır.
Yılmaz artıq yeni platformada özünə səhifə açıb.
Belə ki, Cem Yılmaz 2019-cu ildə “Twitter”in qurucusu Cek Dorsi tərəfindən yaradılan və 35 milyondan çox istifadəçisi olan “Bluesky” platformasına keçib.
Qeyd edək ki, hazırda Cem Yılmazı “Bluesky” platformasında 40 min 700 nəfər izləyir.