Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı açıqlaması ilə müzakirələrə səbəb olub.
OLAY yazır ki, Xoşqədəm aparıcısı olduğu “Səni axtarıram” verilişində bildirib ki, gəlinlərinin borcudur ona xidmət etmək.
“Oğlan övladlarımı böyütmüşəm, əziyyət çəkmişəm. Gəlinlərimin borcudur yanıma gəlib, mənə xidmət etmək. Qızım yoxdur, kim mənə baxacaq?” - deyə, X.Hidayətqızı vurğulayıb.
Qeyd edək ki, Türkiyəli müğənni Doğuşla ailəli olan X.Hidayətqızının Arın və Arda adlı əkiz oğlan övladı var.