“Subo” ləqəbi ilə məşhurlaşan azərbaycanlı bloger və pranker Sübhan Murad oğlu Məmmədovun Rusiyaya girişinə 70 il müddətinə qadağa qoyulub.
OLAY yazır ki, buna səbəb isə Rusiyadakı polis və hərbçilərlə bağlı çəkdiyi prank videoları olub.
Bildirilir ki, S.Məmmədov çarxlarda hüquq-mühafizə orqanlarının əməkdaşlarını kamera qarşısında alçaldıb.
Aparılan təhqiqat nəticəsində bəlli olub ki, “Subo” Rusiya vətəndaşlığı almaq üçün sənədləri təqdim edərkən yanlış məlumatlar verib.
İndi onun yalnız Azərbaycan vətəndaşlığı qalıb.