Xalq artisti Miri Yusif “Tanrı” adlı yeni sinqlını təqdim edib.
OLAY yazır ki, sənətçinin yeni layihəsi fərqli musiqi üslubu, düşündürücü sözləri və duyğusal ab-havası ilə diqqət çəkib.
Mahnının musiqisi Miri Yusifə, sözləri isə Abbas İsmayılova (Asoundady) məxsusdur. Sinqlın aranjimanını Farid Aqa ərsəyə gətirib.
“Tanrı” mahnısı üçün Orxan Rəhmanlı tərəfindən sənətçinin müxtəlif konsertlərindən görüntülərin yer aldığı video da hazırlanıb. Videoda Miri Yusifin səhnə performanslarından və canlı çıxışlarından kadrlar təqdim olunub.