Rusiyalı model Natalya Vodyanovanın altıncı hamiləliyi zamanı çəkildiyi fotosessiyası müzakirələrə səbəb olub.
OLAY yazır ki, şərhlərdə 44 yaşlı supermodelin açıq-saçıq obrazları tənqid edilir, onun milyarder həyat yoldaşı Antuan Arnonun qeyri-standart cinsi həvəsi müzakirə olunur və hətta Vodyanova yeniyetmə hamiləliyinin normallaşdırılmasında ittiham edilir.
İzləyicilərin fikrincə, Vodyanovanın yeni fotoşəkilləri seks və analığın qarışdırıldığı pozğunluq təsiri bağışlayır. Şərhçilərdən bəziləri əmindir ki, Fransanın “Cou Cou” alt paltarı dəb brendinin reklam kampaniyası ümumiyyətlə Vodyanovanın 49 yaşlı həyat yoldaşı Antuan Arno üçün xüsusi olaraq çəkilib, çünki onun, guya, spesifik cinsi həvəsləri var.