Müğənni Elçin Cəfərov avtomobil qəzası keçirib.
OLAY yazır ki, bu barədə Elçin “Xəzər axşamı” verilişində qonaq olarkən danışıb.
O bildirib ki, elə efirə gələrkən qəzaya düşüb:
“Qar yağdığı üçün maşın sürüşdü, digər maşınla toqquşdu. Yollar bir az sürüşkəndir. Mən hələ belə bir şey görməmişdim. Avtomobil sahibi ilə mehribancasına salamlaşdıq, ikimiz də heç nə lazım deyil dedik və sağollaşdıq. Bilmədim ki, məni tanıdı ya yox. Olur ki, gəlib maşınını vururlar, düşürsən nəsə deməyə, elə qışqırır ki, bağışla cavabını verirsən”.