WOW
WOW

25 illik sevgi – “Mikayela” haqda bilmədiklərimiz...

25 illik sevgi – “Mikayela” haqda bilmədiklərimiz...

Yəqin ki, “Aqustin, məhəbbətim mənim” ifadəsi 2003-cü ildə ANS-də yayımlanarkən bütün ölkənin dəlisi olduğu “Səhrada məhəbbət” serialından yadınızdadır. Ekran işində mənfi qəhrəmanı – Mikayelanı isə kolumbiyalı aktrisa Katrin Siaçoki oynamışdı. Bundan sonra bir neçə mənfi obraz oynasa da, o, insanların yadında məhz, Mikayela Fernandez olaraq qalıb.

OLAY yazır ki, sənətçi bu günlərdə həyat yoldaşı, aktyor və rejissor Migel Varoni ilə eşqlərinin 25-ci ilini qeyd edir.

1996-cı ildə “Lous Juanas” adlı ekran işinin çəkilişlərində tanış olan cütlük 1997-ci ildən eşq yaşamağa başlayıb.

Katrin Siaçoki 21 yanvar 1972-ci ildə Kolumbiyanın Baqota bölgəsində Feliks Siaçok və Blanka Geytin ailəsində Aleksanda Katrin Siaçoki Qeyt olaraq dünyaya gəlib. 1994-cü ildə ilk dəfə “Mambo” teleserialına çəkilib.

1964-cü ilin dekabrında Argentinada, Buenos Ayresdə doğulub. Anası da aktrisa olan sənətçi 1991-1993-cü illərdə aktrisa Patrisia Erkole ilə evli olub.

Migellə Katrin 1999-cu ildə isə ailə qurub. Cütlük 23 ildir evli olmaqlarına baxmayaraq, övlad sahibi olmayıblar. Migel Varoni dərgilərin birinə verdiyi müsahibədə valideyn olmaq istəmədiklərini deyərək belə açıqlama verib:

“Bizim üçün valideyn olmaq elə də vacib deyil. Bir-birimizi sevirik, münasibətlərimiz də ilk günkü kimidir. Məncə, bir cütlük övlad sahibi olmaq istəmirsə, onların fikrinə hörmətlə yanaşmaq lazımdır. Bundan başqa, mən ata olmağı öncəlik olaraq görmürəm. Bəlkə də atamı erkən yaşda itirdiyim üçün bu hissləri yaşayıram. Amma istənilən halda bu dünyadakı valideynlərin hamısı qəhrəmanlardır, onları alqışlayıram və qarşılarında baş əyirəm”.

Katrin isə evlilik ildönümlərini qeyd edərkən sosial media hesabında ərini çox sevdiyini yazır:

“İllərdir həyatımda olan bu möhtəşəm insana görə Allaha şükür edirəm. Biz həmin günü kilsədə Allahdan öncə bir-birimizə “hə” dedik”.

İspan mediasının diqqət mərkəzində olan cütlük sosial media hesablarındakı fotoları ilə də xoşbəxt həyat yaşadıqlarını göstərirlər.

“Bəli, 25 ildir birlikdəyik və Allahdan mənə daha 25 il verməsini istəyə bilərəm. Səni sevirəm, Katrin Siaçoki və məni seçdiyin üçün Allaha şükür edirəm. Yəqin ki, belə gözəl həyat üçün yaxşı bir əməlin sahibi olmuşam” - deyə, Migel sevgisini sosial media hesabında etiraf edir.

Xatırladaq ki, Katrin Siaçoki “Səhrada məhəbbət”dən sonra Azərbaycanda “Qisas” adlı serialdakı obrazı ilə populyarlaşıb. Aktrisanın dünya çapında izləyiciləri və sevənləri var. Migel Varoni isə tamaşaçılara bir çox Kolumbiya seriallarından tanışdır.

Qeyd edək ki, Katrin sonuncu dəfə “Netflix”də yayımlanan “Dark Desire” serialında rol alır.