Dünyanın bir çox ölkəsində oktyabrın 31-də qeyd olunan Hellouin bayramı bu il Səudiyyə Ərəbistanında da müxtəlif tədbirlərlə qeyd edilib.
OLAY yazır ki, paytaxt Ər-Riyaddakı restoranlar, hotellər və əyləncə mərkəzləri Hellouin bayramına özəl proqramlar təşkil edib. Bəzi məkanlarda qorxu mövzulu dekorasiyalar və kostyum yarışmaları diqqət çəkib, digərlərində isə musiqili əyləncələr və xüsusi şoular keçirilib.
İştirakçılar qorxu filmlərindən və fantastik obrazlardan ilhamlanaraq hazırladıqları kostyumlarla tədbirlərə rəng qatıb.