WOW
WOW

“Ailələr var ki, aylarla quzu əti almırlar, özünüzü söydürməyin”

“Ailələr var ki, aylarla quzu əti almırlar, özünüzü söydürməyin”

Aparıcı-prodüser Tarix Əliyev (Tolik)  kənd təsərrüfatı üzrə ekspertlərin ölkədə quzu ətindən daha çox istifadə edildiyi və bu səbəbdən iri və xırda buynuzlu heyvanların sayında kəskin azalma müşahidə olunduğu ilə bağlı fikirlərinə irad bildirib.

OLAY yazır ki, bu barədə o, instaqramda yayımladığı videoda danışıb.Tolik fikirlərinə bunları əlavə edib:

“Bu gün yenə xalqı qıcıqlandıran bir məlumat yayılıb ki, guya insanlar o qədər varlıdırlar ki, yalnız quzu əti yeyirlər. Buna görə də quzuları altı aylıq olmamış kəsirlər. Camaat da bu əti alır, ona görə də artım yoxdur. Məncə, elə quzu əti həmin məlumatı açıqlayan eksperlərin başında duranların, xalqın pulunu yeyən məumurların qarnındadır. Bizim xalq qənaətcildir, qoyun, quzu ətini də ayda bir dəfə alır. Ola bilər, dediklərinizdə həqiqət var, amma bunu siz ümumiyyətlə xalqa yox, bir çox şadlıq evlərinə, qarnı burunlarına deyən məmurlara söyləyin ki, bir az quzu ətindən az yesinlər, heç nə olmaz. Özünüzü söydürməyin. Elə ailələr var ki, aylarla quzu əti almırlar. Qoyun, mal ətini ayda bir dəfə ala bilərlər, amma quzu ətini bilirsiniz kimlər yeyir. Açıqlama verəndə deyin ki, imkanı olan yuxarı təbəqə nümayəndələri quzu əti yediyinə görə, qoyun artımında problem yaranıb”.

Bundan əlavə T. Əliyev videosuna əlavə şərh yazıb:

“Bəzi kənd təsərrüfatı ekspertlərinin bugünkü açıqlamaları doğrudan da təəccüblüdür. Məncə, Azərbaycan xalqı elə bir rifah içində yaşasın ki, qoyun ətindən çox quzu ətinə tələbat olsun. Amma bilinir ki, quzu ətinin qiyməti çox bahadır, xüsusilə sümüksüz quzu əti daha da bahalıdır. Orta gəlirli insanlar və ya bölgələrdə yaşayanlar üçün ayda bir neçə dəfə quzu əti almaq çətindir. Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?”.