Tərziylə yanaşı gözəlliyi ilə iddiasını qoruyan Rihanna yenilikdən və təcrübədən qorxmur.
OLAY yazır ki, Ririnin saç və makiyaj repertuarı genişdir. Rastadan piksi kəsimə, qalın qızılıdan Hollivud sarısınadək hər bir görüntünü qüsursuz daşıyan sənətçi sanki saç buqələmunudur.
Makiyajlarında da fərqli dodaq boyaları, avanqart tərzi və dumanlı baxışlardan geniş bir seçim təqdim edən Rihanna gözəllik ikonası olduğunu isbat edir.
Ötən günlərdə 34 yaşını qeyd edən Barbadosun Milli Qəhrəmanının təkamülünü kəşf edin...