WOW
WOW

Üzel şəxsi həyatı ilə bağlı yayılan şayiələrə aydınlıq gətirdi

Üzel şəxsi həyatı ilə bağlı yayılan şayiələrə aydınlıq gətirdi

Aktrisa Üzel Kərimova son zamanlar şəxsi həyatı ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib. 

OLAY yazır ki, bununla bağlı gənc aktrisa instaqram səhifəsində videoaçıqlama yayımlayıb.

“Sizin nə qədər bilməyinizi istəyirəmsə o qədərini paylaşıram. Mövzu sadəcə sosial şəbəkədəki dostlarımızdan getmir. Şəxsi həyatımda sosiallaşdığım dostlarımdan da gedir. Xüsusi ilə bəzi sənət yoldaşlarımız olmaqla ətrafdakı insanlara demək istəyirəm - bu mənim şəxsi həyatımdır. Orada kim var kim yoxdur, ümumiyyətlə biri var mı, yoxmu, bu məni maraqlandıran bir şeydir, sizi deyil. Siz kimsiniz ki, mənim bağlı suallar ortaya qoyursunuz sonra da o suallara cavablar axtarırsınız. Hələ axtarmağınız kifayyət deyil, cavabınız da var. Nədir? Mən həyasızlıq etmirəm. Ortalığa düşüb özümü öldürmürəm deyə bu sizə icazə verir ki, haqqımda danışasınız? Bu gün bu qədər danışıram. Ümid edirəm hər kəs öz dərsini alıb və öz öhdəliyinə düşəni edəcək. Buna inanıram!”, - deyə Üzel vurğulayıb.