Müğənni Gülşen uzun illər sonra bir proqramda qonaq olub.
OLAY yazır ki, İbrahim Selimin verilişinə çıxan pop ulduz maraqlı açıqlamalar verib.
Sənətçi evini özünün təmizlədiyini deyib:
“Evi özüm təmizləyirəm. Heç vaxt təmizlik üçün köməkçim olmayıb. Bu, anamdan mənə keçən xüsusiyyətdir. Onun üçün təmizlik həmişə önəmli idi, mənə də bunu çox yaxşı öyrətdi. Ona görə başqasının təmizlik işini bəyənə bilmirəm. Evi özüm silirəm, hətta ən önəmli konsertlərimin olduğu günlərdə də evi silməmiş çıxmıram. Yerdə sürünməkdən dizlərim gömgöy olub. Buna inanmaya bilərsiniz, amma doğrudan da belədir. Qonşuluqda qalıram, buyurun gəlib baxa bilərsiniz”.