Müğənni Aysun İsmayılova boşanma xəbəri ilə bağlı açıqlama yayıb.
OLAY yazır ki, Aysun instaqramda paylaşdığı məlumatda bu sözləri qeyd edib:
“Ramil Vəliyev mənim övladımın atasıdır. Övladımın gələcəyi var, ona görə ailəmlə bağlı heç nə danışmaq istəmirəm. Susma haqqımı seçirəm! Əziz media nümayəndələri, sevənlərim, dostlarım hər birinizdən xahiş edirəm mənə ailəmlə bağlı sual ünvanlamayın.
Heç kim həyatından, seçimindən, qərarından sığortalanmayıb. Allah nə yazıbsa, onu yaşayırıq”.