Aktyor Hikmət Rəhimovun “Səkkiz” serialının yayımı dayandırılıb.
OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb. Hikmət bu sözləri qeyd edib:
“Çox saylı suallara və zənglərə cavab vermək məcburiyyətində qaldım. Bütün azərbaycanlılara həm burada ,həm xaricdə yaşayan həmyərlilərə “Səkkiz” serialına göstərdikləri diqqətə və marağa görə təşəkkür edirəm. Dünən dövlət qurumu serial ilə görüşə dəvət edildim.Qurumun adı və orada keçən söhbət haqqında fikir bildirmək düz olmadığına görə ,məxfi qalsın .Mənə və gördüyümüz işə çox hörmətlə yanaşdılar,sağ olsunlar.
“Səkkiz” serialında yaş həddi 18-dən yuxarıdır. Yayım saatı 23:00 da ARB televiziyasında yayımlanıb, 10 yanvar 2025-ci il tarixində... Yayım zamanı efirə söyüş getdiyi üçün həmin işə məsul şəxs televiziya rəhbərliyi tərəfindən cəzalandırılıb. İndi gələk əsas məsələyə, bir tək buna görə serialı həm Yutub üzərindən ,həm televiziyada yayımını dayandırmağı heç cür anlaya bilmirəm. Ümid gələn həftə serialın yayımının bərpa qərarı verilər. Şəxsən mən bunu səbirsizliklə gözləyirəm. Hamı maraqla gözləyir, hətta aidiyyəti qurumlar belə serialı maraqla izləyir, bu, yaxşı bir şeydir”.
Bununla yanaşı serialın Kinoteatrlarda da yayımı dayandırılıb. Bu barədə “Park cinema” açıqlama paylaşıb.
Qeyd edək ki, serialda efirə verilən söyüş səhnələrinə görə ARB-nin efiri 3 saatlıq dayandırılmışdı.