"ELLE Style Awards" mükafatları 14 yanvar çərşənbə gecəsi 11-ci dəfə təqdim olunub.
OLAY yazır ki, sosial mediada geniş müzakirələrə səbəb olan gecədə moda, musiqi, populyar mədəniyyət və incəsənət sahələri üzrə 25 fərqli kateqoriyada mükafat sahibləri müəyyənləşib.
Türkiyənin ən nüfuzlu mükafat mərasimlərindən biri olan ELLE Style Awards bu il Sahne Senin şüarı ilə keçirilib. Gecənin aparıcılığını Burcu Esmersoy və Serkan Altınorak həyata keçirib. Qırmızı xalçanın əsl şouya çevrildiyi gecədə ən çox maraq doğuran məqam isə, şübhəsiz ki, mükafatların kimlərə verilməsi olub.

ELLE Style Awards 2025-in qalibləri:
Dyson Güc Performans və Gözəllik Mükafatı

– Defne Kurt (Dünya Para Üzgüçülük Çempionatında eyni turnirdə 5 qızıl medal qazanan ilk türk idmançı)
"İlin ilhamverici siması"
– Alperen Şengün (NBA ulduzu, mərasimdə iştirak etməyib)

"İlin davamlı uğur mükafatı"
– Kenan Doğulu (mükafatı Nükhet Duru təqdim etdi)

"İlin moda vizyoneri"
– Serra Türker Bayır (Misela brendinin yaradıcısı)

"İlin yüksələn moda dizayneri"
– Mustafa Oral Ünlü (Generation78)

"İlin brend elçisi"
– Dilan Çiçek Deniz

"İlin moda dizayneri"
– Amor Gariboviç (mükafatı Sibel Can təqdim etdi)
"İlin televiziya performansı"
– Halit Ergenç (Kral Kaybederse serialındakı Kenan Baran obrazına görə)

"İlin stil sahibi sənətçisi"
– Ferzan Özpetek

"İlin Televiziya Performansı"
– Sinem Ünsal (Uzak Şehir)

"İlin rəqəmsal performansı"
– Giray Altınok ("Prens" serialı)
"İlin Moda Influenseri"
– Mina Ceran

"İlin stil sahibi musiqiçisi"
– Zeynep Bastık

"İlin stil sahibi aktrisası"
– Hande Erçel

"İlin moda əməkdaşlığı"
– Edis (Beymen ilə əməkdaşlığa görə)

"İlin stil sahibi aktyoru"
– Barış Arduç

"İlin yüksələn moda fotoqrafı"
– Mustafa Nurdoğdu

"İlin saç artisti"
– Mutlu Ahmet Sinan

"İlin stil sahibi iş qadını"
– Aytül Ayke Fıratoğlu

"İlin makiyaj artisti"
– Yağız Yoldaş

"İlin stil kəşfi"
– Serra Arıtürk

"İlin ELLE Qızı"
– Serenay Sarıkaya
"İlin stil ikonu"
– Semiramis Pekkan (mərasimdə iştirak etməyib)