Dünyaca məşhur aktrisa Ancelina Coli “Maria” filmində tərəf müqabili olan Haluk Bilginerdən danışıb.
OLAY yazır ki, o, Barbaros Tapana müsahibəsi zamanı Bilgineri tərifləyib:
“Tanış olduğumuz anda qısa zamanda dost olduq. Haluk Marianş tapmağa kömək etdi. Onun Onassisə niyə aşiq olduğunu anlamağıma yardımçı oldu. Onun çəkilişdə olmağını, birgə işləməyimizi çox sevdim. O qədər peşəkar aktyordur ki, rola girdiyini hiss etmirsiniz, sadəcə bir təcrübə qazandığınızı düşünürsünüz”.