Müğənni Günel Zeynalova zaman-zaman estetik əməliyyat etdirdiyi üçün tənqid olunur.
OLAY yazır ki, sənətçi növbəti dəfə tənqidi şərhlərin yazılmasına üsyan edib. İnstaqramda yeni videosunu paylaşan müğənni bu sözləri yazıb:
“Sadəcə iləriyə, Gülücüm.. Həmişə Allaha inandım və ona həvalə etdim. Çünki mərhəmətimlə, sevgimlə, sayğımla, sədaqətimlə gülümsəməyim bir çoxunu qısqanclıqdan çatladır. Demək istədiklərimi səsim söyləyir. Məni daim dualar qorudu. Sevənlərim və dinləyicilərim, siz mənə bəs edərsiz”.
Qeyd edək ki, G.Zeynalova Türkiyədəki konsertindən öncə media nümayəndələrinin plastik əməliyyatlarla bağlı suallarına əsəbləşib. O, jurnalistlərə görünüşündən deyil, sənətindən danışmalarını söyləyib.