Olay
Olay

“Estetiklərimdən yox, səsimdən danışın”

“Estetiklərimdən yox, səsimdən danışın”

“Rinoplastikadan başqa heç bir əməliyyatı keçirməmişəm. Bəziləri böyüdüyümü inadla qəbul edə bilmir.  Məni hələ də Türkiyəyə ilk gəldiyim Günel olaraq görüb mühakimə edirlər.  Xahiş edirəm estetiklərimi yox, səsimdən danışın”.  

OLAY yazır ki, bu sözləri müğənni Günel Zeynalova Türkiyə KİV-nə açıqlamasında bildirib.  Estetik etdirməsi barədə yayılan xəbərlərə üsyan edən sənətçi səhnə fəaliyyəti ilə gündəmdə qalmaq istədiyini deyib.

Zeynalova yaradıcılığında böyük yeri olan İbrahim Tatlısesdən də danışıb:

“12 yaşımdan buradayam. Mənə hər zaman kömək göstərən, bir ata sevgisi ilə yaxınlaşan İbrahim Tatlısesə təşəkkürlər. Üzərimdə əməyi böyükdür”.