““Facebook” sosial şəbəkə hesabımda 5 min dost 8 min incəyicim var. Paylaşımlarıma gələn bəyənmələr sıfır faiz, “hekayə” bölümündə paylaşdıqlarıma isə yüzlərlə baxış sayı və bəyənmə gəlir. Bu gizli bəyənmə sevdası nə anlama gəlir?”
OLAY yazır ki, bu sözləri Əməkdar artist Hüsniyyə Mürvətova sosial şəbəkə hesabında yayımladığı postda yazıb.
Sənətçi dostluğunda olan izləyicilərin bəyənməni paylaşımlarında yox gizli şəkildə “hekayə” bölümündə etdikləri üçün onlara xəbərdarlıq ünvanlayıb:
“Mənə gizlində gözəl sözlər yazmaqdansa sevginizi post paylaşımlarımda bəyənmə ilə bildirə bilsəniz mənə görə daha doğru olar. Əks təqdirdə çoxunuzu dostluğumdan silmək məcburiyyətində qalacağam. Çünki 2 mindən çox dostluqlarını qəbul etmək üçün təsdiqdə gözləyən insanlar var. Ya da özünüz çıxın dostluğumdan. Anlamıram nə marağınız var məni izləməkdə”.