WOW
WOW

Aysel Şükürə nə olub?

Aysel Şükürə nə olub?

Bloger Aysel Şükür paylaşımı ilə diqqət çəkib. 

OLAY yazır ki, influenser instaqram səhifəsində özü və övladlarının səhhəti ilə bağlı müəmmalı post yayımlayıb.

A.Şükür başına gələn hadisəni bu sözlərlə nəql edib:

“Allahdan özümə səbr diləməyəcəyəm. Sadəcə övladlarımın və öz canımın sağlam olmasını istəyirəm. Dərmanı tapdıq. Yazan və maraqlanan hər kəsə çox sağol deyirəm. Hər ağızdan bir avaz çıxır. Sizdən dua istəyirəm. İnşallah hər şey yaxşı olsun. İndi heç bir şey demək istəmirəm. Onsuz yaxınlarım bilir sadəcə dua etsəniz bəsdi. Əminəm yaxşı olacaq olmadı, çünki bizim yaxşı olmaqdan başqa variantımız yoxdur”.

Aysel növbəti paylaşımında idarə etdiyi avtomobilini satışa çıxardığını açıqlayıb. Şükür sözügedən nəqliyyat vasitəsinin fotolarını yayımlayaraq onu 21 min 500 manata satdığını bildirib. 

Qeyd edək ki, A.Şükür üç dəfə ailə həyatı qurub. O ilk əri Elşən Əsgərlidən qalmaqallı şəkildə ayrılıb. O, daha sonra Oqtay Əhmədovla ailə qurub. Ayselin ilk nikahdan bir, ikinci evliliyindən isə iki oğul övladı var. Bloger aylar əvvəl üçüncü dəfə Kapadokiyada ailə qurub. A.Şükür keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızıdır.