WOW
WOW

Biri astagəldir, digəri dağınıq - Aşiqlərin mənfiləri

Biri astagəldir, digəri dağınıq - Aşiqlərin mənfiləri

Ola bilməz ki, bir-birinizin bütün mənfi cəhətlərini görməzdən gəlib, bunlara əsəbləşmirsiz. Xüsusilə də bu cütlüklərə aiddir. Hər zaman partnyorunuzun müsbət xüsusiyyətlərini danışır, onları tərifləyirsiz.

Bəs, heç mənfi cəhəti yoxdur? Əlbəttə var! Məsələn, biri yemək yeyərkən ağzından səslər çıxarır, yəni “marçıldadır”, digəri çox sıxıcıdır, biri çox danışır, o biri qısqancdır və sairə...

Nəticədə İngiltərə şahzadələri Harri və Uilyamın da mənfi cəhətləri, yaxud da qarşı tərəfin sevmədiyi vərdişləri var. Onların da xanımları bu səhvlərdən şikayətçidir. Məsələn, Harri evdə işıqları tez-tez söndürür, Uilyam isə divanda yemək yeyib, ətrafı çirkləndirir. Meqan və Keyt də bunlardan şikayətçidir...

Bəs, bizim məşhur cütlüklər necə? Onlar bir-birinin hansı xüsusiyyətlərini sevmirlər?

OLAY tanınmış bir neçə cütlüklə əlaqə saxladı.

Əvvəlcə ötən il ailə həyatı quran aktyorlar İbrahim Çingiz və Aydan Axundzadə sualımızı cavablandırıb. 

 İ. Çingiz xanımın və özünün çox tərs olduğunu söyləyib:

“İkimiz də tərsik. Nəsə olanda hər ikimiz də “dirəşirik”. Sonda mübahisə edirik və vəziyyət düzəlir”.

 Aktrisa Oksana Rəsulova həyat yoldaşı aparıcı-aktyor Şəhriyar Əbilov barədə danışıb. Oksana onun mənfi cəhətlərindən söz açıb:

“Hər kəsi dost zənn edir və hər kəsə “dost” deyir. Astadır. Hər şeyi çox asta edir. Düşünürəm ki, hələ də böyüməyib”.

Aktyorlar Murad İsmayıl həyat yoldaşı Ülviyyə Xəlilbəylinin çox ləng olduğunu deyib:

“Yeməyi çox dadlı bişirir. Amma gec hazırlayır. Həmin vaxta mən iki qazan yemək bişirə bilərəm. Sonra nə desən inanır. Kənardan kimsə nəsə desə inanar. Dəhşət tərsdir. Məndən betər qısqancdır. Sadəcə gizlədir. Mən çox qısqanc deyiləm”.

Ülviyyə isə Muradın bu mənfi cəhətlərindən şikayətçidir:

“Çox “çürükçü”dür. Bir də tez-tez fikir dəyişdirir”.

İnstaqramda məşhurlaşan bloger Leyla Muradlı (Leila Land) və model həyat yoldaşı İqaməddin Hüseynov (İgo Guseinov) da sorğumuzda iştirak edib. 

İgo Leylanın bir mənfi xüsusiyyətinin olmadığını söyləyib:

“Leyla xanımın mənfi cəhəti yoxdur. Küsməyinə qədər mənim çox xoşuma gəlir. Mənfi cəhəti olsa belə düzəltməyə çalışardıq. Bu günə qədər olmayıb”.

Leyla isə həyat yoldaşı haqda bunları deyib:

“Düşünürəm ki, İqonun da mənfi cəhəti yoxdur. Yəqin bir az qısqanclığı ola bilər. Azca qısqancdır”.

Digər bloger cütlük Nagehan Abdullayeva və Fərid Abdullayev də sorğumuzda yer alıb. Nagehan sualımızı cavablandıraraq Fəridin mənfi xüsusiyyətindən danışıb:

“Yatmağı çox sevir. Bir də ürəyi istəyəndə romantik olur, istəməyəndə “odun”.

 Bloger Xatirə Yüzbəyova da aktyor-rejissor həyat yoldaşı Taleh Yüzbəyovdan danışıb:

“İnsan sevəndə düzü mənfiləri görmür. Yəni necə deyərlər “aşkın gözü kördür”. Amma belə düşünürəm ki, Taleh dağınıq insandır, yəni həm gündəlik həyat tərzində, həm də düşüncələrində. Sadəcə bunu deyə bilərəm”.