Xalq artisti Faiq Ağayev yeni mahnısını təqdim edib.
OLAY yazır ki, “La-La-La” adlanan layihə yutubda və musiqi platformalarında yayımlanıb.
Mahnının klipi 18 saat ərzində fasiləsiz çəkilib və ümumilikdə səhnələrdə 40 nəfər yer alıb. Söz və musiqisi Zamiq Əliyevə (Yap10), aranjimanı Elmir Süleymanlıya (Two X Tasy), miks və masterinqi Givi Usenaşviliyə məxsus ifanı rejissor Toğrul Rzayev ekranlaşdırıb.
Klipdə meqastarın həmkarları Nigar Camal, Eldar Qasımov, Dilarə Kazımova, Murad Arif və fotoqraf İsmayıl Rzayev çəkilib.
Layihənin art-direktoru Cabir Əliyev, icraçı direktoru Vəfa İsazadə, prodüseri isə Ağayev özüdür.
Ekran işində Nigar Kəlbiyeva və Günel Fərhadlı rol alıb.