56 yaşlı dünya şöhrətli model Naomi Kempbell 1998–2003-cü illərdə eşq yaşadığı 76 yaşlı italiyalı iş adamı və “Alpine” Formula 1 komandasının rəhbəri Flavio Briatore ilə Bakıda bir araya gəlib.
OLAY yazır ki, uzun illər əvvəl münasibətdə olan keçmiş sevgililər yenidən eyni məkanda görüntülənib. Onların görüş zamanı olduqca xoşbəxt və səmimi görüntüsü diqqətdən yayınmayıb.
Naomi Kempbell və Flavio Briatore 1998-ci ildən 2003-cü ilə qədər münasibətdə olublar. Cütlüyün illər sonra Azərbaycan Qran-Prisində yenidən bir araya gəlməsi sosial mediada da maraq doğurub.
Kempbell uzun illərdir Formula 1 yarışlarının məşhur simaları arasında yer alır və müxtəlif Qran-Pri tədbirlərində iştirakı ilə diqqət çəkir.
Qeyd edək ki, iki il öncə də Kempbellə Flavionun Bakıdakı görüşü gündəm olmuşdu.