WOW
WOW

“Həkimlərin saxta diplomu ilə bağlı deyilənlər sifarişlidir”

“Həkimlərin saxta diplomu ilə bağlı deyilənlər sifarişlidir”

Şairə Nazilə Səfərli saxta şəhadətnamə aldığı deyilən estetik cərahlarım siyahısının sifarişlə hazırlandığını iddia edib.

OLAY yazır ki,  bununla bağlı o, instaqramda “story” paylaşıb.

“Dostlar, həkimlərin saxta diplomu barədə siyahının sifarişli olduğuna dair əlimə bir yazışma keçib. Qaralanan həkimlərin rəqibləri tərəfindən sifariş olunduğu yazıda öz əksini tapır. Sabah vəkilimlə görüşüb hüquqi tərəflərini müzakirə edib sonra sifarişçilərin kimliyini dəqiq dəlillərlə açıqlayacağam”, - deyə, Nazilə bildirib.

Xatırladaq ki, sözügedən siyahını jurnalist Qənirə Ataşova yayıb.