Aktrisa və prodüser Sevinc Əliyeva “Vətəndaş A” serialının rejissoru və ssenaristi ilə aralarında küsülülüyün olduğunu bildirib.
OLAY yazır ki, bu barədə sənətçi jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində danışıb.
Münasibətlərin soyuması haqda sualdan qaçan Sevinc “Aramızda problem yoxdur. Hörmətsizliyi qəbul etmirəm. Olanda uzaqlaşıram”, - deyə, bildirib.
Qeyd edək ki, serialın rejissoru Elvin Rüstəmzadə, ssenaristi isə Asiman Ağa Rövşəndir.