“Bu hadisə bir dəfə olub. Əvvəllər öndə gedən bir əyləncə mərkəzi var idi. Mən Rühəngiz Allahverdiyevanın oğlan oxuyanı olmuşam. Ən çox onun yanında işləmişəm və toylara onunla birlikdə getmişəm. O mənə kömək edib, yardım əlini uzadıb. O zamanlar Rühəngiz həmin məkana dəvət almış müğənni idi. Məni isə oraya yanında aparırdı. Çıxıb orada oxuyurdum və sonda pulunu Rühəngiz xanım verirdi”.
OLAY yazır ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.
Sənətçi bir müddət əvvəl sözügedən proqramda Xalq artisti Faiq Ağayevin söylədiyi “Toy mərasimində Nadir hörmətindən və sevgisindən mənə çayı belə gətirirdi” sözlərinə yenidən cavab verib:
“O çay məsələsi… Onu vurğulamaq mütləq idi? Bu məni incitdi. Biz ikimizdə həmyaşıdıq. Ondan incimirəm. Mən bədbəxt küsə bilmirəm. Buradanda Faiqi salamlayıram. Allah ona can sağlığı versin. Onun anasını çox sevirəm. Özünə də hörmətim var. Amma elə məqamlar var ki, onları demək olmaz. Artıq bizim yaşımız da o deyil… Biz həmyaşıdıq, eyniyik. Mən kimisə tərifləyəndə çalışmıram ki, kimisə aşağlayım. Mənim 54 yaşım var. Mən artıq uşaq deyiləm. Mən atayam. Mənim saqqalı iki oğlum var. Çay vermək ayıb deyil, amma vurğulamaq artıqdır. O bu sözləri ilə mənim xətrimə dəydi. Mən həmin məsələni unutmuşam. O studiyaya gəlsə yerimdən qalxıb onu qucaqlayıb, öpəcəyəm. Mən çayçı deyiləm ki, çay verim. Orada ofisant var idi”.